Naxçıvanda peşə təhsili müəssisələrinə direktor vəzifəsinə işə qəbul üçün müsabiqənin müsahibə mərhələsi təşkil olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, müsahibə mərhələsində Naxçıvanda peşə təhsil müəssisələrində vakant olan direktor vəzifəsinə işə qəbul üçün Elm və Təhsil Nazirliyi ilə birgə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq keçirilən test imtahanında uğur qazanan 8 namizəd iştirak edib.
Müsahibə mərhələsində ekspert qismində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin əməkdaşları, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin mütəxəssisi də onlayn qaydada namizədlərin qiyətləndirilməsində iştirak edib.
Bu mərhələdə namizədlərin peşəkarlığı, idarəetmə bacarıqları və strateji yanaşmaları ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq müvafiq meyarlar üzrə qiymətləndirilib.
Müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat yaxın günlərdə Nazirliyin rəsmi sosial şəbəkə hesablarında yerləşdiriləcək.
Qeyd edək ki, işə qəbul müsabiqəsinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsil müəssisələrindən 3 vakant direktor vəzifəsi çıxarılıb.