Sabahdan IV və VI siniflər üzrə şagird yerdəyişməsi müvəqqəti dayandırılır.
Bu barədə NUHÇIXAN-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.
Bildirilib ki, Dövlət Agentliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə mayın 17-də IV, 18-də isə VI sinif şagirdləri üçün ölkə üzrə monitorinqlər keçiriləcək.
Monitorinqə hazırlıq prosesinin şəffaf və fasiləsiz təşkili məqsədilə mayın 8-də saat 17:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılacaq.
Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra qeyd edilən siniflər üzrə şagird yerdəyişməsi yenidən aktiv ediləcək.