NUHÇIXAN xəbər verir ki, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərin və Azərbaycan Milli Elmlər Akedemiyasının magistraturalarına qəbul imtahanı keçirilib.
Naxçıvan şəhər 5 nömrəli və Heydər Əliyev adına tam orta məktəblərdə keçirilən imtahanda, ümumilikdə, 567 bakalavr iştirak edib. İmtahanın idarə olunmasına 7 imtahan rəhbəri, 59 nəzarətçi cəlb olunub.
Qeyd edək ki, saat 10:00-da başlanılan imtahan 3 saat 30 dəqiqə davam edib.