Naxçıvanda IV sinif şagirdləri üçün monitorinq təşkil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, mayın 17-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən ölkə, o cümlədən Naxçıvan Muxtar Respublikasında IV siniflər üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün monitorinq təşkil olunub. 

Naxçıvanda 18 mərkəzdə təşkil olunan monitorinqdə 4800-dən artıq şagird iştirak edib. 

Monitrinqdə şagirdlərə tədris dili fənni üzrə 30 qapalı, riyaziyyat fənni üzrə 25 qapalı və 5 açıq sual olmaqla ümumilikdə 60 sual təqdim olunub və sualları cavablandırmaq üçün 150 dəqiqə vaxt ayrılıb.         

Qeyd edək ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: