Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində kollegiya iclası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, mayın 23-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilib. 

İclasda Təhsil Nazirliyinin əməkdaşları, rayon, şəhər təhsil şöbələrinin müdirləri, məktəbəqədər və məktəbdənkənar  təhsil müəssisələrinin, həmçinin ümumtəhsil  məktəblərinin  direktorları iştirak edib.

Kollegiya iclasında  Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov təhsil sahəsində görülmüş işlər, uğurlu nəticələr  və qarşıda duran məsələlər bağlı məlumat verib.
    
Sonra isə şəhər,  rayon Təhsil Şöbələrinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi ilə bağlı müzakirələr aparılaraq təsdiq olunub.   

Kollegiya iclasında həmçinin seçmə yolla ümumi təhsil məktəblərində, həmçinin  məktəbəqədər və məktəbdənkənar  təhsil müəssisələrində  aparılmış  monitorinqlərin nəticələri müzakirə olunub, qərar layihəsi iştirakçıların diqqətinə çatdırılıb. 

Kollegiya iclasında təhsil naziri  müəssisə rəhbərlərinə tədris ilinin sonu ilə bağlı məktəb sənədlərinin qanunvericiliyin tələbləri gözlənilməklə işlənməsinə nəzarətin artırılması, ümumtəhsil məktəblərində “Son zəng” tədbirlərinin mütəşəkkil keçirilməsi, müəllimlərin işə qəbulu üzrə qeydiyyat prosesində namizədlərə məsləhətyönümlü dəstəyin göstərilməsi və  digər məsələlərlə bağlı  tapşırıqlar verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: