Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi və həmçinin lll qurp üzrə DT və TC alt quruplarını hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə imtahan keçirilib.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 5 binada keçirilən imtahanlarda, ümumilikdə, 1295 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 17 rəhbər, 129 nəzarətçi ayrılıb. Qeyd edək ki, imtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.