Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fevralın 28-nə olan kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan NUHÇIXAN-a bildiriblər ki, kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir, fəal oblast yoxdur. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.
Günəş fəallığı fevralın 28-dən martın 2-dək çox aşağı səviyyədə qalacaq. Maqnit qasırğasının baş vermə ehtimalı fevralın 28-də 25 faizdən, digər günlərdə isə 10-15 faizdən aşağı qiymətləndirilir.