Qərbi Azərbaycan folklorunun izi ilə

A- A A+

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Qərbi Azərbaycan İcmasının Ordubad rayonu üzrə nümayəndəsi Aytən Cəfərovanın “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər,xatirələr,faktlar” adlı II kitabı nəşr olunub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, müəllifin yeni kitabı vətənindən didərgin düşmüş soydaşlarımızla görüşləri əks etdirən məqalələri və mühitin adət-ənənələri ilə bağlı olan folklor nümunələrini əks etdirir.

Aytən Cəfərovanın “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər,xatirələr,faktlar” adlı I kitabı 2023-cü ildə işıq üzü görmüşdür. II kitabı isə eyni mövzunun məntiqi davamıdır. Kitab Əziz Ələkbərlinin yazdığı ön söz və 3 bölmədən ibarətdir. 

Onu da qeyd edək ki, kitabda Qərbi Azərbaycan bölgəsinə aid folklor nümunələri sadəcə poetika nöqteyi-nəzərindən dəyərləndirilməyib, eyni zamanda xalqın milli mənəviyyatının təcəssümü kimi öz əksini tapıb.

Kitabda müxtəlif mövzularda folklor nümunələrinə geniş şəkildə yer verilib, xalqımızın etnodüşüncəsinin fərqli xüsusiyyətlərinə toxunulub.

“Əcəmi” Nəşriyyat - Poliqrafiya Birliyində çap olunan kitabın elmi redaktoru və ön sözün müəllifi Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, rəyçiləri isə professorlar Mahirə Hüseynova, İbrahim Bayramov və dosent Zülfiyyə İsmayıldır. 

Xalqımızın milli mentalitetinin əsasını təşkil edən folklorumuzun qədim incilərini qoruyub saxlamaq, çoxvariantlı ədəbiyyatımızın hər bir örnəyinə sahib çıxmaq kimi əhəmiyyətli bir işi çiyinlərində daşıyan Aytən Cəfərovanın bu fəaliyyəti tarixi-bədii yaddaşı xatırlamaq baxımından təqdirəlayiqdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: