Bu il Naxçıvanda 3802 şagird XI sinfi bitirir

A- A A+

Naxçıvan MR Təhsil Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvanda 2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 4692, tam orta təhsil səviyyəsi üzrə isə 3802 şagird məzun olacaq.

Məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb. Belə ki, tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır.

Məzunlar qeyd olunan tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər.

Qeyd olunub ki,  təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: