Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Nazirliyin əməkdaşlarının Naxçıvan Dövlət Universitetində İqtisad fakültəsinin II və III kurs Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə görüşü keçirilib.
Universitetin İqtisad fakültəsinin dekanı Əşrəf Ələkbərov Universitetin “Mühasibat uçotu və audit” ixtisasında təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirildiyini, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün Maliyyə Nazirliyi tərəfindən lazımi köməklik göstərildiyini vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin müdir müavini Ülvi Cəfərovun və Xəzinə şöbəsinin baş məsləhətçisi Azad Əliyevin“Xəzinə əməliyyatlarının aparılmasının təşkilinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda elektron materiallarla zənginləşdirilmiş məruzələri dinlənilib.
Məruzələr zamanı xəzinə sistemihaqqında tələbələrə geniş məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.