Elxan Nəcəfov Ukraynanın Zərifə Əliyeva adına İrpen Xarici Dillər Liseyinin əməkdaşları ilə görüşüb - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Ukraynada fəaliyyət göstərən akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin əməkdaşları ilə Naxçıvana səfərləri çərçivəsində görüşüb.
NUHÇIXAN xəbər verir ki, təhsil naziri xalqlarımız arasındakı dostluq əlaqələrindən danışıb, akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin də ölkələrimiz və xalqlarımız arasındakı dostluğun göstəricilərindən olduğunu bildirib.
Liseyinin direktoru Valentina Antonenko qonaqərvərliyə görə minnətdarlığını bildirib, rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında məlumat verib. Qeyd olunub ki, hərbi əməliyyat zamanı zərər çəkmiş təhsil müəssisəsi Azərbaycan Respublikasının dəstəyi ilə qısa zamanda bərpa olunub. Qonaq bu qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Sonda qonaqlara Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim olunub.