NUHÇIXAN xəbər verir ki, 25 may tarixində keçirilmiş Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb.
Müsabiqədə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Cabbar İbrahimov və Ordubad şəhər 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Cəfər Səfərli ikinci yerin qalibi olublar.