III ixtisas qrupu üzrə qəbul imtahanında iki nəfər 400 bal toplayıb

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) III ixtisas qrupu üzrə qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlərin adları açıqlanıb.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, imtahanda ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər – Qax rayonu 2 nömrəli şəhər tam orta məktəbinin məzunu Çiçək Hümmət qızı Hümmətli və Qazax rayonu 1 nömrəli şəhər tam orta məktəbinin məzunu Əli Ruslan oğlu İbrahimov göstərib. Hümmətli Çiçək Hümmət qızı imtahanın birinci mərhələsində 297.5 bal toplayıb. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 697.5 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. Əli İbrahimov imtahanın birinci mərhələsində 290 bal toplayıb.

Xatırladaq ki, DİM II və III ixtisas qrupları üzrə mayın 25-də qəbul imtahanı keçirib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər iyunun 17-si saat 10:00-dan iyunun 19-u saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: