Naxçıvanda keçirilən karyera sərgisində 42 təşkilat tərəfindən 2 min vakant iş yeri təklif olunur

A- A A+

Birinci Karyera sərgisində 39 təşkilat təmsil olunurdusa, budəfəki sərgidə 42 təşkilat var. Sərgidə kifayət qədər aktivlik müşahidə olunur, 2 min vakant yer təklif edilir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Naxçıvanda keçirilən II Karyera sərgisi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Karyera sərgisi həm muxtar respublikada dövlət qurumlarının, özəl təşkilatların kadra olan ehtiyaclarını qarşılamaq, həm də Naxçıvan Dövlət Universitetinin tələbələrinin işlə təmin olunması baxımından kifayət qədər əhəmiyyətlidir: “Ötən il vakant yerlərə müraciət edən tələbələrimizdən 100-ə yaxını işlə təmin olunub. Ümidvarıq ki, bu gün və sabah keçirilən sərgidə də bizim məzunların müraciəti qiymətləndiriləcək və onlar gələcəkdə öz karyeralarını qura biləcəklər”.

Onun sözlərinə görə, iki gün ərzində sərgi ilə yanaşı, karyera təlimlərinin təşkili də nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: