“Əli və Nino” əsəri mükəmməl ədəbiyyat nümunəsidir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatşılığı ilə bir qrup gənc Qurban Səidin“Əli və Nino” əsərini müzakirə edib. “Görüş yeri” kafesində müzakirəsi keçirilən əsər “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olub.
Müzakirənin əvvəlində Fondun əməkdaşı Xanım İbrahimova bildirib ki, klassik Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələrindən olan bu əsər ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P.TalVerlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 33 dilinə tərcümə edilən məhəbbət romanıdır. Əsər nəşr olunduqdan qısa müddət sonra böyük oxucu kütləsi qazanıb və dövrümüzədək öz aktuallığını itirməyib.
Gənclərin fəalliq nümayiş etdirdiyi müzakirədə qeyd olunub ki, Azərbaycan tarixinin ən mühüm dövrlərini əhatə edən romanbaş qəhrəmanı Əlixan obrazının timsalında hər bir azərbaycanlıda vətən sevgisi, vətənə bağlılıq hissləri oyadır. Əsər 1914-1920-ci illərdə Bakıda baş verən hadisələri tam dolğunluğu ilə özündə əks etdirir.
“Əli və Nino”dakıhadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkanisə "tərəqqietmiş" Qərb və "geridəqalmış" Şərqin qovuşduğu Bakıdır.
Əsərdə azərbaycanlı Əli xanla gürcü qızı Ninonun məhəbbəti və bunun fonunda insanların din və milli mənsubiyyətindən asılı olmayaraq bir-birinə bəslədiyi ülvi hisslər tərənnüm olunur.
Əsərin həm Azərbaycan ədəbiyyatın mükəmməl nümunəsi, həm də öz dövrünün hadisələrini ədəbi cizgilərlə oxucuya çatdırılması baxımdan qiymətli mənbə olduğu bildirilib.