Şuşada ilk dəfə "Son Zəng" tədbiri keçirilib - FOTOLAR

A- A A+

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə işğaldan sonra ilk dəfə "Son Zəng" tədbiri keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin Şuşa rayonundakı səlahiyyətli nümayəndəsi Aydın Kərimov və digər qurumların rəhbər şəxsləri iştirak edib.

Tədbirdə iştirak edən qonaqlar məzunları təbrik edib. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Tədbirin sonunda məzunlara tam orta təhsil haqqında attestatlar təqdim edilib.

Qeyd edək ki, bu il həmin məktəbdən 8 şagird məzun olur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: