NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
O qeyd edib ki, növbəti illər üçün yeni məktəblərin açılışı nəzərdə tutulur. Artıq Hacıvar məktəbinin tikintisini sentyabr ayında tamamlayacağıq. Babək rayonunun Nehrəm qəsəbəsində yarımçıq qalmış məktəbin tamamlanması işləri davam edir. Qıvraq qəsəbəsində yeni məktəbin layihələndirilməsi işləri aparılır. Həmçinin Babək rayonunun Nehrəm qəsəbəsində yeni uşaq bağçasının layihələndirilməsi də həyata keçirilir.
Beləliklə, çox pozitiv əhval-ruhiyyə ilə 2024–2025-ci tədris ilini başa vurmaqla yanaşı, 2025–2026-cı tədris ilinə çox vacib ev tapşırıqlarının icrası ilə nəticəyönümlü şəkildə başlaya biləcəyik.