Abituriyentlərin nəzərinə

A- A A+

Bu ilin aprelində XI sinif şagirdləri üçün buraxılış imtahanları keçiriləcək. Həmin imtahanlar cari ilin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsidir və abituriyentlər bu imtahandan 300 bal toplaya bilərlər.

Dövlət imtahan Mərkəzindən NUHÇIXAN-a verilən məlumata görə, cari ilin məzunları üçün V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul da buraxılış imtahanının nəticəsi əsasında aparılır.

XI sinif şagirdləri üçün buraxılış imtahanı əvvəlki illərin məzunları üçün aprelin 28-də keçiriləcək I, II, III və IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı üçün imtahan proqramları, qiymətləndirmə meyarları, ədəbiyyat siyahısı, model tapşırıqlar və digər zəruri məlumatlar 2018-ci il noyabrın 2-də nəşr olunmuş “Abituriyent” jurnalının xüsusi buraxılışlarında (Azərbaycan və rus dillərində) təqdim olunub.

Həmin jurnalları DİM-in aşağıda qeyd edilən ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az  saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: