NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilib. Bu il sertifikasiya prosesinə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat,coğrafiya, ibtidai sinif, biologiya, kimya, fizika, informatika, ingilis, fransız və alman dilləri üzrə ümumtəhsil müəssisələrində tədris aparan müəllimlər cəlb olunub. Proses iyunun 25-nə kimi davam edəcək.
Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin mərkəzləşmiş qaydada sertifikatlaşdırma prosesi Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində təşkil olunub.
Sertifikatlaşdırma prosesində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrindən 345 müəllim iştirak edir.