NDU “Qlobal Dayanıqlı İnkişaf” Konqresində öz stendi ilə iştirak edir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, 16-19 iyun  tarixlərində Türkiyənin İstanbul şəhərində “Times Higher Education” reytinq agentliyinin təşkilçılığı ilə keçirilən “Qlobal Dayanıqlı İnkişaf” Konqresində Naxçıvan Dövlət Universiteti də  iştirak edir. 

NDU rektor Elbrus İsayevin rəhbərliyində nümayəndə heyəti ilə Azərbaycan pavliyonunda öz stendi ilə təmsil olunur. 

90-dan artıq ölkənin iştirak etdiyi konqresdə Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədlərinə dair Naxçıvan Dövlət Universitetində görülmüş işlər barədə kataloq, broşür və flayerlər təqdim edilir, iştirakçılar və tərəfdaşlarımıza geniş məlumat verilir. 

Dörd gün davam edəcək mühüm beynəlxalq tədbir çərçivəsində  THE impact Ranking açıqlanacaqdır. Vurğulayaq ki, NDU-nun konqresdə iştirakı qlobal miqyasda tanınmasında, elmi əməkdaşlıqlarının genişlənməsində mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə 50 nəfərə yaxın heyətlə təmsil olunur. Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyinin iştirak etdiyi konqresdə Azərbaycanın 12 aparıcı universiteti dayanıqlı inkişaf sahəsində müsbət təcrübənin beynəlxalq auditoriyaya təqdim edilməsi üçün Azərbaycan pavilyonunda yer alıb.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: