Mayın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli ədəbiyyatşünas alim, şair, türkoloq, dilçi, mətnşünas, filologiya elmləri doktoru, professor Bəkir Çobanzadənin xatirəsinə həsr olunan tədbir keçiriləcək.
MEK-dən NUHÇIXAN-a bildirilib ki, tədbirdə, həmçinin professor Cəlal Qasımovun müəllifi olduğu “Bəkir Çobanzadə” kitabının təqdimatı olacaq.
Xatirə gecəsində Bəkir Çobanzadə ilə eyni tədris müəssisəsini bitirən professor Janoş Hovari (Macarıstan), AMEA-nın və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, dövlət və ictimai qurumların nümayəndələri iştirak edəcəklər.