Bu ilin aprelində görkəmli xanəndə, pedaqoq, Azərbaycanın Xalq artisti Seyid Şuşinskinin anadan olmasının 130 illiyi tamam olur. Prezident İlham Əliyevin “Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 4 fevral tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən türk dilində olan “Vikipediya”da görkəmli xanəndə haqqında məqalə yaradılıb.
MEK-dən NUHÇIXAN-a bildirilib ki, məqalədə Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi Seyid Şuşinskinin həyatı və yaradıcılığı haqqında məlumat verilir.
Məqalə ilə daha ətraflı https://tr.wikipedia.org/wiki/Seyid_%C5%9Eu%C5%9Finski?fbclid=IwAR2zFsDV_uiCbP54GJP2PMASuc7mCpYBDExfX-WwD915KJ1odPKspEr9Kk4 linkdə tanış olmaq mümkündür.
Qeyd edək ki, məqalənin xarici dillərdəki “Vikipediya”da yerləşdirilməsi Seyid Şuşinskinin və Azərbaycanın muğam ənənələrinin layiqincə təbliğ olunmasına mühüm töhfədir.