Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası martın 4-nə olan kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan NUHÇIXAN-a bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir, fəal oblast yoxdur. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə edilməyib.
2 MeV-dən çox enerjili elektron seli yüksək səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb.
Martın 4-dən 6-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrləri də zəifləməkdə davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı martın 4-dən 5-dək beş faizdən, martın 6-da isə bir faizdən aşağı qiymətləndirilir.