Martın 4-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi şuranın iclası keçirilib.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, iclasda “Nəsimi: dil araşdırmaları” işçi qrupu təsdiqlənib.
Professor Sevil Mehdiyeva işçi qrupuna rəhbər, Nəsimi yaradıcılığının tədqiqatçıları - Qüdsiyyə Qəmbərova, Türkan Əskərova və Elçin Məmmədov isə üzv seçiliblər.