Bu gündən Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbul müsabiqəsinə start verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, iyulun 3-dən Naxçıvanda ölkə üzrə mərkəzləşmişm qaydada müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanları mərhəsinə start verilib.
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən İmtahan Mərkəzində keçilən imtahanın birinci gününün ilk seansında Azərbaycan dili, texnologiya, təsviri incəsənət ixtisasları üzrə 81 namizəd iştirak edib.
Qeyd edək ki, muxtar respublikanın təhsil müəssisələrində vakant olan vəzifələr müəllimlərin işə qəbulu müsabiqəsinin qeydiyyat prosesindən öncə Nazirliyin sosial şəbəkə hesablarında elan olunub.
Müsabiqəyə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələri üzrə beş 500-dən artıq vəzifə çıxarılıb və vakant vəzifələrə 1785 namizəd müraciət edib.
Xatırladaq ki, test imtahanları bu gün də daxil olmaqla, 4, 8-10 iyul tarixlərində təşkil ediləcək.
Müəllimlərin işə qəbulu imtahanı ümumilikdə 100 ballıq sistemlə hesablanacaq. İxtisas üzrə suallar 2 bal (40 sual), tədris metodikası üzrə suallar isə 1 bal (20 sual) ilə qiymətləndiriləcək. İxtisas üzrə suallarda 1 səhv 0.5 bal, tədris metodikası üzrə suallarda 1 səhv cavab isə 0.25 bal şəklində hesablanacaq.
Məlumat üçün bildirək ki, test imtahanı üzrə ümumitəsil proqramı üzrə 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, 40 bal və daha artıq yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.