Gənclər “Axtar tap” intellektual oyununda yarışıblar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Əcəmi Seyrəngahında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək “Axtar tap” intellektual oyunun iştirakçılarına uğurlar arzulayıb. Gənclərin bundan sonra da müxtəlif layihələr vasitəsilə Gənclər və İdman Nazirliyinə müraciət edə biləcəklərini diqqətə çatdırıb.
Daha sonra gənclər onlara təqdim edilən suallara cavab tapmaqla birincilik uğrunda mübarizəyə qoşulublar. Oyunda Gənclər və İdman Nazirliyinin sosial şəbəkəsində qeydiyyatdan keçmiş 26 komanda iştirak edib.
Sonda suallara daha tez cavab verən “Zirvə” komandası I, “Atabəylər” komandası II, “Karvan” komandası isə III yerə layiq görülüblər. Qalib komandaya kubok, digər komanda üzvlərinə isə diplom, fəxri fərmanlar və oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunub.
Ümumilikdə 130 gəncin iştirak etdiyi oyun Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Mədinə Rəhimli