İşğaldan azad edilmiş ərazilərdə bu il 14 məktəb fəaliyyətə başlayıb

A- A A+

İşğaldan azad edilmiş ərazilərdə bu il 14 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2024–2025-ci tədris ilinə dair hesabatında yer alıb.

Məlumatda qeyd olunub ki, həmin məktəblərdə 284 müəllim fəaliyyət göstərir və 2400-dən çox şagird təhsil alır.

İşğaldan azad edilmiş ərazilərdə bu il, həmçinin 6 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisələrdə 209 uşağın təlim-tərbiyəsi ilə 20 müəllim məşğul olur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: