NUHÇIXAN xəbər verir ki, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdi keçirilib.
Naxçıvan Muxtar Respublikasında 6 binada keçirilən imtahanlarda, ümumilikdə, 1825 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 22 rəhbər, 182 nəzarətçi ayrılıb. Qeyd edək ki, saat 10:00-da başlanılan imtahan 3 saat davam edib.