2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə start verilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən NUHÇIXAN-a bildirilib ki, valideynlər Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhərində seçim prosesi iyulun 9-u saat 13:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə iyulun 10-u saat 13:00-da başlayacaq.
Qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və sentyabrın 12-dək davam edəcək.
Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.