Bu gün Naxçıvanda Dövlət İmtahan Mərkəzi tərəfindən I, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və lll qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə qəbul imtahanı keçirilib.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 4 binada keçirilən imtahanlarda, ümumilikdə, 887 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 10 rəhbər, 89 nəzarətçi ayrılıb. Qeyd edək ki, imtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.