“Elmi əsərlər” jurnalının yeni sayı işıq üzü görüb

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni sayı nəşr olunub. AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, jurnal “Tarix”, ‘Arxeologiya və etnoqrafiya”, “Azərbaycan dili”, “Ədəbiyyat və folklor”, “İncəsənət” və “Yubileylər” kimi bölmələrdən ibarətdir.

“Elmi əsərlər”  jurnalının yeni sayında 46 müəllifin “Naxçıvan əyaləti və Ordubad dairəsində vergi və mükəlləfiyyətlər”, “Azərbaycanın geosiyasi həyatında Naxçıvanın yeri”, “Bülövqaya yaşayış yerində arxeoloji qazıntılar”, “Xələc abidələrinin tarixləndirilməsi məsələsi”, “Naxçıvan dialekt və şivələrində işlənən bəzi leksik vahidlər haqqında”, “Azərbaycan tənqidi realizminin ədəbi-estetik səciyyəsi”, “Naxçıvan və Şərqi Anadolu aşıq şeirində işlədilən atalar sözləri və məsəllərdə müdrik xalq obrazı”, “Günümüzədək qədim adlarını qoruyub saxlayan Naxçıvan oykonimləri və onların etimoloji təhlili”, “Naxçıvan teatrında vətənpərvərlik motivli əsərlərin səhnə təcəssümü”,  “Naxçıvan Muxtar Respublikasının yüzilliyinə layiqli töhfə” və s. kimi araşdırmalarının nəticələri öz əksini tapıb. Jurnalda yer alan məqalələrin hər biri DOI identifikatoruna sahibdir.

Onu da qeyd edək ki, jurnal AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin rəhbərliyi ilə “Tusi” nəşriyyatında çap olunub.


 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: