Ədəbiyyat üzrə Nobel mükafatı yenidən təqdim ediləcək

A- A A+

Ədəbiyyat üzrə Nobel mükafatı birillik fasilədən sonra yenidən təqdim ediləcək.

NUHÇIXAN xəbər verir ki, 2018-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatı bu il təqdim olunacaq. Nobel Fondu direktorlar şurasının iclasında belə qərara gəlib ki, 2019-cu ildə baş tutacaq mərasimdə həm 2018-ci, həm də 2019-cu ilin laureatlarının adları açıqlanacaq. Bununla bağlı keçirilən tədbirdə qeyd olunub ki, İsveç Akademiyası Nobel Fondunun inamını özünə qaytararaq ədəbiyyat üzrə 2019-cu ilin Nobel mükafatının verilməsi hüququnu qazanıb.

2018-ci ildə ədəbiyyat üzrə Nobel mükafatının verilməməsi qərarı İsveç Akademiyasının bütün nüfuzuna xələl gətirən akademiya üzvlərinin seksual təcavüzünün ifşasından sonra qəbul olunub.

Xatırladaq ki, İsveç Akademiyasındakı qalmaqal 71 yaşlı Jan-Klod Arnonun adı ilə bağlı olub. KİV-lərin yaydığı məlumata görə, 2017-ci ilin noyabrında “#MeToo” internet kampaniyası çərçivəsində 18 qadın – akademiyanın üzvləri və əməkdaşları, həmçinin akademiklərin həyat yoldaşları və qızları Arno tərəfindən seksual təcavüzə məruz qaldıqlarını bəyan etmiş və bunun akademiyada hamıya məlum olduğunu bildirmişlər. Qalmaqal fonunda akademiyanın həqiqi üzvlərinin çoxu etiraz əlaməti olaraq onun sıralarını tərk edib. Nəticədə akademiyanın iş qabiliyyəti kəskin şəkildə azalıb, İsveç kralı XVI Karl Qustav böhranın həllinə müdaxilə etməyə məcbur olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: