İbtidai sinif müəllimləri üçün ixtisasartırma kursu keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədrisin təşkili və səmərəliliyinin artırılması yolları” mövzusunda konfrans keçirilib və ibtidai sinif müəllimləri üçün ixtisasartırma kursu təşkil edilib.
Konfransda İnstitutun rektoru Elbrus İsayev bildirib ki, əsas məqsəd muxtar respublikanın ümumtəhsil məktəblərində işləyən hər bir fənn müəlliminin ildə bir neçə dəfə təkmilləşdirmə ilə bağlı tədbirlərdə və ən azı 5 ildən bir ixtisasartırma kurslarında iştirak etməsidir.
İnstitutun prorektoru Azad Novruzov ibtidai sinif müəllimləri üçün təşkil olunacaq ixtisasartırma kursunun təqvim-tematik planının mövzuları ilə konfrans iştirakçılarını tanış edib.
Sonra Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov ixtisasartırma kursunun hər bir müəllim üçün faydalı olacağını bildirib. Müəllimlər institutunun kurikulum kabinəsinin müdiri Ruhəngiz Əliyeva ibtidai təhsil üzrə təlim nəticələri və problemlərin həlli yollarından danışıb, ibtidai sinif müəllimləri ilə aparılmış sorğunun nəticələri barədə məlumat verib.
Sonda kursda iştirak edəcək müəllimlər İnstitutla tanış olub, anket sorğusu ilə ilk məşğələyə başlayıblar.
Əbülfəz Dünyamalıyev