Vikipediyaçılar Milli Qəhrəman Elman Hüseynov haqqında beş xarici dildə məqalə yaradılıb

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin və Şəms Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir.

MEK-dən NUHÇIXAN-a bildirilib ki, Ukrayna, italyan, çex, ispan və gürcü dillərində olan “Vikipediya”larda Elman Hüseynov haqqında məqalələr yerləşdirilib.

Məqalələrdə Milli qəhrəmanın həyatı və keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilir.

Qeyd edək ki, “Vikipediya” Metodik Mərkəzinin və Şəms Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində xarici dillərdə olan “Vikipediya”larda Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli elm və ictimai-siyasi xadimləri haqqında məqalələr yerləşdirilib. Həmçinin Azərbaycanın Milli qəhrəmanları haqqında digər dillərdə də məqalələrin yaradılması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: