Füzuli peşə liseyi 2027-ci ildən fəaliyyətə başlayacaq

A- A A+

Füzuli peşə liseyi 2027-ci ildən fəaliyyətə başlayacaq.

NUHÇIXAN xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan “Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı” üzrə Mükəmməllik Mərkəzi və emalatxanalarının açılış mərasimində deyib.

Onun sözlərinə görə, hazırda 100 mindən artıq şəxs peşə təhsili alır:

"Növbəti illərdə peşə təhsili sahəsini bir az da genişləndirmək istəyirik. Yüksək peşə ixtisası proqramları da hazırlanır və buranı bitirən şəxslərin subbakalavr təhsili almaq şansı çoxdur".

Nazir əlavə edib ki, 2026-cı ildə isə Şuşa şəhərində peşə liseyi fəaliyyətə başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: