Memarlıq ixtisası üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı apellyasiya təşkil ediləcək

A- A A+

İyulun 28-dən 31-dək 40-cı qabiliyyət imtahanı komissiyası üzrə rəsm fənnindən keçirilmiş qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya komissiyası təşkil ediləcək.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, apellyasiya komissiyası avqustun 1-də saat 09:00-dan 12:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərəcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə binaya yaxınlaşıb ərizə yazmalıdırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: