NUHÇIXAN xəbər verir ki, "Azərbaycan Universitetləri" adlı Facebook səhifəsində keçirilən qısa müddətli sorğuların nəticələri açıqlanıb. Üç ayrı nominasiya üzrə aparılan sorğularda Naxçıvan Dövlət Universiteti (NDU) qalib gəlib.
Belə ki, NDU aşağıdakı kateqoriyalarda birinci olub:
III qrup abituriyentləri üçün ən çox tövsiyə edilən universitet
IV qrup abituriyentləri üçün ən çox tövsiyə edilən universitet
Region universitetləri arasında açıq fərqlə qalib
Qeyd edilib ki, universitetin bu uğuru burada həyata keçirilən keyfiyyətli tədris prosesinin və elmi-pedaqoji mühitin ölkə miqyasında tanınmasının göstəricisidir.