2025/2026-cı tədris ili üçün Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazananların siyahısı açıqlanıb

A- A A+

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na (bundan sonra – Dövlət Proqramı) magistratura səviyyəsi üzrə qəbul nəticələri müəyyən olunub.

Dövlət Proqramını İdarəetmə Qrupundan NUHÇIXAN-a bildirilib ki, müsabiqənin nəticələrinə əsasən 356 nəfər namizəd magistratura səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb. Nəticə etibarilə, 2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 356 magistratura və 19 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.

Proqram iştirakçısı seçilən 500 nəfərdən 160 nəfəri “universitetlər üzrə top 10”da yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bunlar sırasında Stanford Universiteti, Massaçusets Texnologiya İnstitutu, Sinqapur Milli Universiteti, Oksford Universiteti, Berkli Kaliforniya Universiteti, ETH Sürix, Harvard Universiteti, Yel Universiteti kimi nüfuzlu ali təhsil müəssisələri yer alır.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində magistratura səviyyəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə əldə etmiş, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı da vardır ki, 2025/2026-cı tədris ili üzrə proqram iştirakçısı seçilmiş namizədlərdən proqramdan bu və ya digər səbəbdən imtina etdiyi təqdirdə Seçim Qaydalarının 4.20-ci bəndi əsas götürülərək sözügedən siyahıya istinad olunaraq növbəti Dövlət Proqramı iştirakçısının seçilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: