Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası (AAK) 2025-ci ilin birinci yarısında fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrin verilməsi ilə bağlı statistikanı açıqlayıb.
AAK-dan NUHÇIXAN-a bildirilib ki, cari ilin birinci yarısında fəlsəfə doktoru üzrə 285 nəfərə, elmlər doktoru üzrə isə 51 nəfərə elmi dərəcə verilib. Həmçinin fəlsəfə doktoru üzrə 141 nəfərə, elmlər doktoru üzrə isə 14 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.