Naxçıvanda peşə təhsili müəssisələrinə işə qəbul müsabiqəsi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, avqustun 12-də Naxçıvanda peşə təhsili müəssisələrinə 2025-2026-cı tədris ili üçün ölkə üzrə mərkəzləşmiş qaydada ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.

Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində keçirilən müsabiqədə onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçən 19 namizəd iştirak edib.

Müsabiqədə istehsalat təlim ustaları üçün namizədlərə tədris metodikası və təlim strategiyaları üzrə 15, əməyin mühafizəsi üzrə 5, təlim modulları üzrə 40, ixtisas fənn müəllimləri üçün isə təhsil proqramları üzrə 40, tədris metodikası və təlim strategiyaları üzrə 20 olmaqla hər fənn üzrə ayrı-ayrılıqda 60 sual təqdim olunub. Tapşırıqların cavablandırılması üçün 150 dəqiqə vaxt ayrılıb. 

Qeyd edək ki, imtahanda uğurlu nəticə göstərən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: