“XX əsrin əvvəllərində Azərbaycanın milli siyasəti” monoqrafiyası çap olunub

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi, gürcü yəhudiləri icması sədrinin müavini Moisey Bekkerin rus dilində “XX əsrin əvvəllərində Azərbaycanın milli siyasəti” (yəhudi icmasının nümunəsində) monoqrafiyası çap olunub.

İnstitutdan NUHÇIXAN-a bildirilib ki, monoqrafiyada Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin sənədləri, həmçinin dövri mətbuatın materialları əsasında yəhudi etnik qrupunun təmsilçilərinin Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, iqtisadi və sosial həyatında iştirakı məsələləri ətraflı şəkildə əks olunur.

Kitabın elmi redaktoru institutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafazadədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: