"Naxçıvan" Universitetində İngilis dilində diskussiyalar keçirilir

A- A A+

NUHÇIXAN xəbər verir ki, "Naxçıvan" Universitetində  tələbələrin və universitet əməkdaşlarının xarici dil bacarıqlarının artırılması, eyni zamanda bu vərdişin  mükəmməlləşdirilməsi məqsədilə yeni layihəyə start verilib.

Universitetin Xarici dillər fakültəsinin  təşkilatçılığı ilə təhsil ocağında  hər həftənin şənbə günü ingilis dilində diskussiyaların keçirilməsinə başlanılıb. Xarici dillər fakültəsinin dekanı Yasin Babazadənin  rəhbərliyi ilə  keçirilən ilk diskussiyada   " İngiliscə danışıq zamanı ortaya çıxan problemlər və onların həlli" mövzusu müzakirə olunub.

Diskussiyada universitetin bütün fakültələrindən tələbələr iştirak edib.

Seyfur Hacımuradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: