ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) və Avropa Kosmik Agentliyi (ESA) Süd Yolu qalaktikasının çəkisini öyrəniblər.
NUHÇIXAN “Daily Mail” qəzetinin saytına istinadla xəbər verir ki, astronomlar Hubble və Gaia teleskoplarının məlumatlarını təhlil edib və müxtəlif riyazi metodlardan istifadə edərək dəqiqləşdiriblər ki, Günəş sisteminin yerləşdiyi Süd Yolu qalaktikasındakı göy cisimlərinin ümumi çəkisi Günəşə bərabər olan 1,5 trilyon ulduzun ağırlığı qədərdir. Qalaktikanın uzunluğu isə 256 min işıq ilidir.
NASA-nın məlumatına görə, ulduz kəhkəşanının 34-ü Gaia, 12-si isə Hubble tərəfindən müşahidə edilib. Kosmik Tədqiqatlar üzrə Baltimor İnstitutunun astronomu Roland van der Marel bildirib ki, institutun kosmik teleskopu vasitəsilə aparılan müşahidə göstərib ki, bu nəticə yalnız Hubble və Gaia kimi nəhəng teleskopların vasitəsilə əldə edilə bilərdi.
Astronomlar qeyd ediblər ki, qalaktikanın çəkisi nə qədər ağır olarsa, onun ulduz yığını da ağırlığın təsiri altında o qədər sürətlə hərəkət edir. Əvvəllər aparılmış tədqiqatlarda ulduz toplusunun Yerdən uzaqlaşma sürəti müəyyən edilmişdi. İndi isə bu sürətə uyğun olaraq qalaktikanın çəkisini dəqiqləşdirmək mümkün olub.
Martın əvvəlində məlum olub ki, Niderlandın Leyden Universitetinin alimləri Süd Yolunda milyardlarla şarşəkilli planetlərin olduğunu iddia ediblər. Onlar qravitasiya üzrə heç bir ulduza bağlı deyillər. Bu planetlər kosmik fəzada sərbəst hərəkət edir və hər hansı bir vaxt istənilən planetlə, o cümlədən Yerlə toqquşa bilərlər.