İlon Maskın “SpaceX” şirkətinin Beynəlxalq Kosmik Stansiyaya göndərdiyi maneken-pilotla sınaq uçuşu həyata keçirən “Dragon” kapsulu martın 8-də Yerə qayıdıb.
NUHÇIXAN NASA-nın saytına istinadla xəbər verir ki, martın 2-də “Dragon” pilot kapsulu “Falcon 9” raketi ilə Floridadakı Kennedi Kosmik Mərkəzindən fəzaya buraxılmışdı. O, martın 3-də Beynəlxalq Kosmik Stansiyaya birləşmiş və müvafiq sınaq tədqiqatları aparmışdı. Kosmik aparat cümə günü Bakı vaxtı ilə saat 17:45-də xüsusi paraşütlərin köməyi ilə Florida ştatındakı “Cape Canaveral” kosmodromuna 450 kilometr məsafədə Atlantik okeanına enib. NASA-nın məlumatında bildirilir ki, “Dragon”un pilotlu uçuşu iyul ayına planlaşdırılır.
“Dragon” kapsulu “GO Searcher” gəmisi ilə sudan çıxarılaraq kosmodroma aparılıb.