Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyat prosesi uzadılıb

A- A A+

Ali təhsil pilləsinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunan namizədlərin qeydiyyat prosesi 1 sentyabr saat 18:00-dək uzadılır.

Bu barədə NUHÇIXAN-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: