Naxçıvan məktəblərində 50 yeni STEAM otağı yaradılır - FOTOLAR
Naxçıvanın ümumtəhsil müəssisələrində yeni tədris ili öncəsi 50 STEAM otağının yaradılmasına başlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu otaqlar STEAM təhsili üzrə şagirdlərin əyani vasitələrdən istifadə edərək öz bilik və bacarıqlarının artırılmasına, onların tənqidi və yaradıcı düşüncələrinin formalaşdırılmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, cari tədris ilində Naxçıvan Təhsil Nazirliyi STEAM otaqlarının zənginləşdirilməsi üçün arduino, arduino superkid, flament, 3D qələmlər, arduino nano, məsfə sensorları, optik sensorlar, günəş paneli, servo mator və digər avadanlıqları tender yolu ilə alaraq ümumtəhsil müəssisələrinə təhvl verib.
Nəticədə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq 154 təhsil müəssisəsindəki STEAM otaqları zənginləşdirilib.