Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

A- A A+

2025/2026-cı tədris ili üzrə musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri açıqlanıb.

Bu barədə NUHÇIXAN-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

Namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər. Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər "MyCulture" şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: