Bu günədək məktəbəqədər təhsil müəssisələrinə keçirilən müsabiqə yolu ilə 900-dən çox pedaqoji heyət işə qəbul olunub.
NUHÇIXAN xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov yeni tədris ilinə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, ötən il 11 min məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti isə diaqnostikadan keçirilib.