2025-2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə, Şərur və Ordubad peşə liseylərinə 22 ixtisas üzrə 562 tələbə qəbul olunub.
Bu barədə NUHÇIXAN-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, yeni tədris ilində peşə təhsil müəssisələrində 14 yeni ixtisas yaradılıb.