Ali təhsil müəssisələrinə qəbul imtahanlarının I mərhələsi üzrə sınaq imtahanları keçiriləcək

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanlarının I mərhələsi (buraxılış imtahanları) üzrə onlayn sınaq imtahanları keçirəcək.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, onlayn sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq. Sınaq imtahanlarına qeydiyyat otk.az portalında aparılır. İmtahanlar martın 16-sı, 17-si və 18-də gün ərzində 3 dəfə saat 9.00-da, 15.00-da və 20.00-da keçiriləcək. Abituriyentlər imtahana yazılarkən imtahanın tarixi və başlama saatını seçməlidirlər. İmtahanı başlamaq üçün müvafiq link abituriyent imtahana yazılarkən qeyd etdiyi tarix və saatda aktivləşdiriləcək. İmtahanı yalnız həmin vaxtdan etibarən 3 saat müddətində vermək mümkündür. İmtahanı yazıldığı vaxtdan gec başlayanlar üçün əlavə vaxt verilmir.

http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: